Kriminal

Bakıda daha bir dəhşət: pornoqrafiya həvəskarı qızını zorladı

14 Fevral 2018 16:29
4 Şərh     Baxış: 6 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda əvvəllər məhkum olunmuş şəxs öz qızlığını zorlamaqda günahlandırılır.

Milli.Az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan"-a Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Binəqədi prokurorluğu növbəti zorlama faktını araşdırır. Rayon Polis İdarəsinin 6-cı bölməsinə Biləcəri qəsəbə sakini, 1998-ci il təvəllüdlü V.F. müraciət edib. Qız bildirib ki, 8 fevral saat 20:00 radələrində 1978-ci il təvəllüdlü atalığı S.R. tərəfindən birlikdə yaşadıqları evdə zorlanıb. İşin materialları rayon prokurorluğuna göndərilib. Faktla bağlı hələlik heç kim saxlanılmayıb.

Qeyd edək ki, kişi əvvəllər AR Cinayət Məcəlləsinin 242-ci maddəsi (pornoqrafik materialların qanunsuz yayımı) ilə həbs olunub və 2 il bundan əvvəl həbsdən çıxıb.

2018-ci ilin başlanmasından bu yana daxili işlər orqanları Bakıda 7 zorlama faktını qeydə alıb. Onlardan 6-sının üstü açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.