Kriminal

Azərbaycanda silsilə ağır cinayətlər törətmiş şəxs 20 ildən sonra Moskvada tutuldu

14 Fevral 2018 09:28
0 Şərh     Baxış: 2 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bir sıra ağır cinayətlər törətdiyinə görə beynəlxalq axtarışda olan etnik qruplaşma lideri 20 ildən sonra Moskvada tutulub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Moskvanın Qərb dairəsi üzrə Daxili İşlər İdarəsinin saytında yerləşdirilib.

Bildirilir ki, 49 yaşlı şəxs 1997-ci ildən bəri Azərbaycan ərazisində quldurluq, adam oğurluğu və soyğunçuluq törətdiyinə görə axtarışda olub.

DİN rəsmisi İrina Volkun sözlərinə görə, həmin şəxs başqasının SSRİ pasportundan istifadə edərək Rusiya vətəndaşlığı və Rusiya pasportu alıb.

Hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilib ki, bu məlumatlar əsasında Azərbaycanda tamamilə başqa şəxs yaşayır. Saxlanılan şəxsin mənzilində aparılan axtarış zamanı döyüş vəziyyətində olan tapança, 23 patron, həmçinin Qazaxıstan Respublikası vətəndaşına aid saxta pasport aşkar olunub.

Faktla bağlı cinayət işi qaldırılıb, saxlanılan şəxs həbs olunub. Onun cəzasını çəkdikdən sonra Azərbaycana ekstradisiyası planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.