Kriminal

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

14 Fevral 2018 08:47
0 Şərh     Baxış: 601

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 115 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər"lə açılıb.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Məlumata görə, respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.