Kriminal

​Həm üzərindən, həm də evindən narkotik tapıldı - VİDEO

13 Fevral 2018 13:11
0 Şərh     Baxış: 1 250
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2,5 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Ərçivan qəsəbəsində saxlanılan Xaliq Fəttayevin üzərinə baxış keçirilərkən bir bükümdə çəkisi 19,895 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Şəxsin evinə də baxış keçirilib. Oradan da əlavə olaraq 4 bükümdə 2,52 kiloqram narkotik vasitə olan tiryək tapılıb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Fakt araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Həm üzərindən, həm də evindən narkotik tapıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.