Kriminal

Azərbaycanda şok hadisə: bacısının hamamda çimən rəfiqəsini zorlamaq istədi

13 Fevral 2018 12:12
24 Şərh     Baxış: 7 784

Xaçmazın Xudat şəhərində cavan qıza qarşı biabırçı hərəkət etmək istəyən Xudat şəhər sakini saxlanılıb.

Milli.Az xəbər verir ki, istipress-in şimal bürosunun məlumatına görə, hadisə bu il fevral ayının 6-da gecə saat 23 radələrində Xudat şəhərində həyət evlərinin birində baş verib. Şərti adı Vüsalə Zeynalova olan 25 yaşlı gənc qız hamamda çimərkən ora soxulmuş bir nəfərin zorakılığına məruz qalıb.

Hamamda lüt vəziyyətdə çimən qızı içəri qəfil daxil olan bir nəfər  zorlamaq istəyib. Amma qızın çətinliklə də olsa haray-həşir salması, çığırıb evdəkiləri köməyə çağırması içəri vəhşicəsinə soxulan şəxsin öz çirkin əməlini həyata keçirməyə imkan verməyib. Dərhal çılpaq qızın köməyinə gələn ailə üzvləri və qız hamamdan çıxıb qaçan adamı tanıyıblar.

Dərhal DİN-nin "102 "xidməti məlumatlandırılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları biabırçı olayın araşdırılmasına başlayıb. Cavan, subay qızı öz iradəsinin əksinə zidd olaraq köməksiz halda zorlamaq istəyən Xudat şəhər sakini, 27 yaşlı Tural Vaqif oğlu Şükürov fevralın 8-də tutularaq istintaqa təhvil verilib. Elə həmin gün Xaçmaz Rayon Prokurorluğunda CM-nin 29,149.1 (zorlamaya cəhd) maddəsilə açılmış cinayət işinin istintaqı zamanı Tural Şükürov törətmək istədiyi biabırçı olayı etiraf edib.

O, namusunu ləkələmək istədiyi qızın bacısının rəfiqəsi olduğunu, ondan xoşu gəldiyini, bu məqsədlə onu zorlamaq istədiyini söyləyib. O da məlum olub ki, Tural Şükürov cavan qızı zorlamaq istəyərkən sərxoş olub, hətta Xudat şəhər sakinləri onun narkotik vasitə qəbul edicisi olmağını da bildiriblər. Artıq təqsirləndirilən şəxs qismində barəsində həbs qəti imkan tədbiri seçilən Tural Şükürovun hərəkəti başqasının namusuna sataşmaq istəyən hər kəsə bir ibrət dərsi olmalıdır.

Təzyiqə məruz qalmış qızın cəld tərpənib haray-həşir olması onun zorlanmasının qarşısı alıb. Xaçmaz rayon prokurorluğundan fakt təsdiqlənib və başlanılan cinayət işinin istintaqının davam etdirildiyi bildirilib. Qurumdan o da buldirilib ki, cavan qızı köməksiz vəziyyətdə zorlamaq istəyən Tural Şükürov qanun çərçivəsində öz tutarlı cəzasını alacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

24 Şərh:

  • Anonim
    Anar · 13 Fevral 12:2250

    Yaxşı ki, hər şey yaxşı qurtardı.

    Cavab yaz
    • Anonim
      Riko · 13 Fevral 18:3630

      Xəbəri niyə düz oxumurlar ? Elə ağızdarına gələni yazırlar , qız öz evində çimirdi və hamamları çöldəymişki qışqırıbki ailəsi tez gəlsin , yoxsa ailəsi korduki kiminsə hamama zorla girməsini görməsinlər ???? Və buda ola bilərki oğlan darvazadan güdəndə qızın hamama getdiyini görübdü ona görə fürsətdən istifadə etmək isdiyibdi , qıza halal olsunki özünü itirmiyibdi qışqırıbdı .

      Cavab yaz
      • Anonim
        UU · 15 Fevral 22:4300

        Hemde deyir hamamda lut cimen zaman, bilseydi paltarla cimerdi

        Cavab yaz
  • Anonim
    Adama deyərlər · 13 Fevral 12:281412

    adama deyərlər yad kişi olan evdə niyə çimirsən başıva da bu iş gəlir. Get öz xarabanda çim də. Özün qaşınmısan

    Cavab yaz
    • Anonim
      Tovuzlu E · 13 Fevral 13:13150

      Oz xarabasinda cimirmis Hazirsizee qizlari topa tutmaga, haqsiz yere

      Cavab yaz
    • Anonim
      Asim · 13 Fevral 17:0680

      Adama deyerler bilmediyini niye danisirsan? Adama deyerler niye duzemelli oxumursan

      Cavab yaz
    • Anonim
      # · 13 Fevral 20:2840

      Niyə birinci qadınları günahlandırırlar?

      Cavab yaz
  • Anonim
    Anar · 13 Fevral 12:28100

    Utanmadin .o da kiminse bacisidi axi

    Cavab yaz
  • Anonim
    QQ · 13 Fevral 12:34100

    Bax bu qizi mudafiə eləməyə dəyər .Gül kimi qiz,aglina heç nə gəlmədən evinin hamamında çimərkən ,axmagın ,gicbəsərin biri qəfildən hamama daxil olaraq qiza zorakiliq edirsə bu əsil cinayətdir ,özü də cəzası çox agır ilmalı cinayət Yoxsa o məktəbdəki 7 ci sinif şagirdi olan psix qız kimi yox .Onu mudafiə eləyib zorakiliq deyəndə adam məəttəl qalır ki zorakiliq elə olur yoxsa bu qızın belə ?

    Cavab yaz
    • Anonim
      Ana · 13 Fevral 13:0746

      Üizi qinamiram amma yad kişi olan evde qizin gedib onu hamaminda cimmeyide normal deyil

      Cavab yaz
      • Anonim
        13:07-ye · 13 Fevral 18:3140

        Xəbəri düz oxuyunda öz evində çimirdi və bəlliki hamamları həyətdəymişki qız qışıranda yuxarıda yazıldığı kimi ailə üzvləri tez gəlib

        Cavab yaz
  • Anonim
    QQ · 13 Fevral 12:5561

    Qız oz hamamlarlnda çimir ,rəfiqəsigilin yox.

    Cavab yaz
  • Anonim
    esra İbrahimli samax · 13 Fevral 12:5802

    !!!!!

    Cavab yaz
  • Anonim
    NUR · 13 Fevral 13:0660

    Allah cezani versin.Icerde goreceksen gununu emin ol.

    Cavab yaz
  • Anonim
    seviyye · 13 Fevral 13:1560

    cemiyyetimizde ancaq zorlama xeberlerine daha cox werh yazirlar. intelekt teleb eleyen xeber qalir werhsiz

    Cavab yaz
  • Anonim
    IMF · 13 Fevral 15:2304

    Evin hamam otagina yoldan kecen her kes daxil ola bilerki?hmm biraz muemmali meseleye oxshayir.Gece camaatin evine girib,ustelik hamam otaginda bu cirkin emelini heyata kecirmek istemesi inandirici gelmedi mene.Duzunu Allah bilir,ne deyim.Birdeki bu hardan bildiki qiz cimmeye gedir hamama?)

    Cavab yaz
    • Anonim
      15:23-e · 13 Fevral 16:5860

      Bəzi həyət evlərində hamam çöldə olur

      Cavab yaz
      • Anonim
        IMF · 13 Fevral 20:3004

        Ne qederde colde olsada dsrvazadan colde olmurki,heyetde olurda

        Cavab yaz
        • Anonim
          riko · 13 Fevral 21:4030

          fsoda ne danisirsan onda ? heyetdedeki gizli gire bilibde dehsetsene ))) ,yuxaridaki serhimde yazmisam ele

          Cavab yaz
  • Anonim
    Yağmur-S · 13 Fevral 17:4430

    Halaldı qız sene,lenete gellmiş o eclafı verseler elime bilerem neylerem ona.camaatı qoymurlar evinde işin görmeye.şerefsiz,namussuz!

    Cavab yaz
  • Anonim
    H · 13 Fevral 20:2812

    Bu camaata ne olub? .. , ya ele bele idiler, eyiblerini üze cıxardan yox idi???.. Acindan bele eleyirler..., biabırçılıq.., tox olsalsr, lap bedter olar.

    Cavab yaz
  • Anonim
    @ · 13 Fevral 21:0010

    Yazanda elə yazırlar ki...AZƏRBAYCANDA... filan hadisə olub, başa düşmürəm bu milli az Azərbaycana aid deyil ki...?

    Cavab yaz
  • Anonim
    @ · 13 Fevral 21:0110

    Şərhimi verin, yoxsa sərf etmir.

    Cavab yaz
  • Anonim
    B · 14 Fevral 05:3531

    BİZİM OLKEDE GUNAH KİMDE OLUR OLSUN HEMİWE QADİNLAR QİNANİLİR.BURDA QİZİN GUNAHİ YOXDU BUNADA BİR BEHANE TAPDİZ?NİYE AXİ WEREFSİZİ QİNAMİRSİZ.SİZ QİNAMADİQCA,ONSUZDA HECKİM QİNAMİR DEYE DUWUNEN RAHAT İSTEDİYİNİ EDEN WEREFSİZ KİWİLERİN SAYİ GUNDEN GUNE COXALACAQ

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.