Kriminal

Rusiyada azərbaycanlı avtomobil oğrusu tutuldu - VİDEO

12 Fevral 2018 16:39
2 Şərh     Baxış: 1 686

Rusiyanın Volqoqrad şəhərində, fevralın 11-də 24 yaşlı azərbaycanlı maşın oğrusu saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gəncin saxlanılma anının videogörüntüsü yayılıb.

Volqoqrad sakinlərinin məlumatına görə, o, başqasına məxsus "Lada Vesta" avtomobilində uzağa qaça bilməyib və dövlət yol təhlükəsizliyi müfəttişliyinin əməkdaşları onu təqib edərək yaxalayıb.

Maşını qaçıran şəxs nə Volqoqrad, nə də digər Rusiya şəhərinin sakini olmadığını bildirir. Onun sözlərinə görə, Azərbaycandan gəlib və hələlik Rusiyada müvəqqəti yaşama icazəsi almayıb.

O qeyd edir ki, "Lada"nın açarını oğurlamayıb,  onu tələbə yataqxanasının çıxışından tapıb. Maşını görüb və onu sürmək istəyinə düşüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rusiyada azərbaycanlı avtomobil oğrusu yaxalanıb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Nurane · 13 Fevral 04:4811

    Dodaqlari superdi

    Cavab yaz
  • Anonim
    Ibrehim · 13 Fevral 19:1600

    rusiyaya getmisen ishle meshgul ol, indi tutub basacaqlar qodugluga...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.