Kriminal

Son iki gün ərzində Azərbaycanda 200 cinayət faktı qeydə alınıb

12 Fevral 2018 08:52
0 Şərh     Baxış: 1 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 10-12 tarixlərində respublikanın daxili işlər orqanları tərəfindən 200 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər"lə açılıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata əsasən, həmin dövr ərzində axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd olunur ki, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.