Kriminal

Keçmiş məhbus qadının başından vurub çantasını alıb qaçdı

22 Yanvar 2018 14:16
1 Şərh     Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 13-də Bakı şəhər sakini olan bir qadının kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat daxil olub.

DİN-dən Milli.Az-a verilən məlumata görə, dərhal əməliyyat qrupu yaradılıb, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla həmin qadının Bakı şəhər sakini Firəngiz Heydərova olması, həmin gün yaşadığı evin girişində naməlum şəxsin onun başına küt alətlə xəsarət yetirərək içərisində 2 mobil telefonu olan çantasını alması müəyyən edilib.

Baş Cinayət Axtarışı İdarəsi, Metropolitendə Polis Şöbəsi, 24-cü Polis Bölməsi, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla onun  Sumqayıt şəhər sakini. əvvəllər məhkum olunmuş Etibar Məmmədov olması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.