Kriminal

Bakıda 5 min dollar oğurlayan qadın tutuldu

19 Yanvar 2018 12:40
0 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 17-də Bakı şəhər sakini olan qadın Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək evindən pulunun oğurlandığını bildirib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla mənzildən 5000 ABŞ dollarının ötən ilin noyabr ayının 28-dən dekabr ayının 20-dək olan müddətdə oğurlanması məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xəyalə Vəliyeva müəyyən edilərək saxlanılıb, istintaqa təhvil verilib.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.