Kriminal

Taksi sürücüsü olan qohumunun əllərini kəsərək qətlə yetirən şəxsin məhkəməsi başladı

17 Yanvar 2018 12:43
0 Şərh     Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Prosesin baxış iclası yanvarın 24-nə təyin edilib.

Qeyd edək ki, L. Alıyev münaqişə zəminində Elçin Tapdıqov adlı şəxsi bıçaqlayaraq qətlə yetirib. O, Cinayət Məcəlləsinin 120-ci(qəsdən adam öldürmə) maddəsinə əsasən ittiham edilib.

Araşdırmalar zamanı onların qohum olduğu, E. Tapdıqovun taksi sürücüsü işlədiyi məlum olub. L. Alıyev onu bıçaqlayaraq əllərini kəsib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.