Kriminal

Bakıda piyadaları öldürüb qaçan sürücülər tutulub

15 Yanvar 2018 14:12
0 Şərh     Baxış: 1 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda piyadaları avtomobillə vuraraq öldürüb, sonra da hadisə yerindən qaçan 2 sürücü tutulub. 

DİN-dən Milli.Az-a verilən məlumata görə, yanvarın 8-də Sabunçu rayonunun Bilgəh qəsəbəsində Lerik rayon sakini Xəyal Ağayev yolu keçərkən müəyyən edilməyən avtomobillə vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib. 

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Mercedes" markalı avtomobillə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini Mirağa Mirallamov saxlanılaraq istintaqa təhvil verilib.

Yanvarın 14-də isə Sabunçu rayonunun Zabrat qəsəbəsi  ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Qənbər Mirzəyev vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Dərhal əməliyyat tədbirlərinə başlanılıb, DİN-in və Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər xidmətlərinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsinin "Hyundai" markalı avtomobillə törədilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin avtomobilin sürücüsü, paytaxt sakini Araz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Hər iki faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırma aparılır.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.