Kriminal

Azərbaycanda rus alim yoxa çıxıb - Rusiyadan ŞOK İDDİA

13 Yanvar 2018 13:47
4 Şərh     Baxış: 2 056

Yeni ilin ilk günlərində Azərbaycana gələn Rusiya Elmlər Akademiyası Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkov itkin düşüb.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatına Çulkovun tanışları və işlədiyi institutun əməkdaşları məlumat veriblər.

Məlumata görə, Çulkov yanvarın 3-də Gəncəyə gəlib və şəhərdəki şəxsi mehmanxanalardan birində yerləşib. Mehmanxana sahibinin sözlərinə əsasən, alim yanvarın 5-də Göygölə yola düşüb. Çulkov mehmanxana sahibinin məsləhətinə qulaq asmayaraq, Göygölə taksi ilə yox, piyada yollanıb.

Görünür, Çulkov gölə aparan yolun üstündə yerləşən hərbi hissənin ərazisinə keçib. Çünki az sonra təhlükəsizlik xidmətinin əməkdaşları mehmanxanaya gəlib, Çulkovun otağında axtarış apararaq, ona məxsus əşyaları özləri ilə aparıblar.

Yanvarın 9-da mehmanxana sahibi ilə əlaqə saxlayan hərbçilər Çulkovun sərbəst buraxıldığını bildirsələr də, alim Gəncəyə gəlməyib. O, həmçinin internetə də çıxamyıb və anasının davamlı zənglərinə cavab verməyib.

Rusiya mediasına danışan mənbə bildirib ki, Çulkov Azərbaycana gedərkən, bir həftəyə geri qayıdacağını deyib. Ancaq Azərbaycana getdikdən 2 gün sonra onunla əlaqə kəsilib.

Qeyd olunur ki, Çulkovun yanvarın 10-na təyyarə bileti olsa da, o, həmin gün uçuş qeydiyyatından keçməyib. Hazırda alimin yaxınları və həmkarları onun axtarışı ilə məşğuldirlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Romi · 13 Yanvar 14:0210

    Her halda Rusiyada da herbi hisseye kecen /bilmeden bas verse de/ adamla "derinden"maraqlanar.Sadece ortaliqda olmamasi subheli gorunur.

    Cavab yaz
  • Anonim
    $.$.$. · 13 Yanvar 15:2040

    İnşallah tapılsın. tapılsın ki ölkəmizin adına yerli yersiz söz söhbət yazılmasın

    Cavab yaz
  • Anonim
    Xacmaz. · 13 Yanvar 17:4900

    Maraqlidir.Hara gederki?

    Cavab yaz
  • Anonim
    İ · 13 Yanvar 18:5710

    Elə olduğu yerdədi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.