Kriminal

Rusiyada azərbaycanlı qardaşını ov tüfəngi ilə öldürdü

16 Dekabr 2017 15:50
3 Şərh     Baxış: 3 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sankt-Peterburqda azərbaycanlı qardaşlar arasında yaşanan mübahisə ölümlə nəticələnib.

Milli.Az-ın APA-ya istinadən Sank-Peterburqun yerli mətbuat orqanına istinadən verdiyi xəbərə görə, hadisə 14 dekabr tarixində baş verib.

Bildirilir ki, Sankt-Peterburqun mərkəzində yaşayan 31 və 48 yaşlı, adları hələ məlum olmayan qardaşlar hadisə baş verən gün birlikdə spirtli içki içiblər və aralarında mübahisə yaranıb. Nəticədə böyük qardaş ov tüfəngi ilə qardaşını ürəyindən güllələyib. Yaralanan qardaş yerindəcə ölüb.

Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.