Kriminal

“Mən heç “kaşilok”u açmamışam” - Əməlindən danışan oğrunun daha bir dələduzluğu tapıldı - VİDEO - FOTO

16 Dekabr 2017 14:20
1 Şərh     Baxış: 3 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxt sakini olan qadın naməlum şəxsin onun içərisində pul, təqaüd kartı və digər əşyaları olan çantasını əlindən alıb qaçdığı barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub.

Orxan Nuriyev - saxlanılan şəxs: ""Kaşlok"u əlimə alandan sonra baxdım ki, yanımda 2-3 nəfər var. "Kaşlok"u heç mən açmamışam".

Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü açılıb. Müəyyən edilib ki, Orxan Nuriyev noyabrın 17-də Xətai rayonu ərazisində başqa bir qadının içərisində 230 manat olan çantasını soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Orxan Nuriyevin analoji cinayətlərdə iştirakı istisna edilmir. Odur ki, onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.