Kriminal

"11 min aldım ki, düzəldim" - Özünü "polkovnik" kimi təqdim edən dələduz danışdı - VİDEO - FOTO

16 Dekabr 2017 14:50
4 Şərh     Baxış: 5 050
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Formanı geyinmişdim ki, məni elə tanısın.

Xətai Rayon Polis İdarəsinə müraciət edən paytaxt sakini Tofiq Qasımov avqustun 6-da özünü hüquq-mühafizə orqanlarının polkovnik rütbəli zabiti kimi təqdim edən, əvvəldən tanıdığı Rizvan adlı şəxs tərəfindən aldadıldığını bildirib.

Milli.Az ARB TV-yə xəbər verir ki, şikayətçi dələduzun ondan oğlunu universitetlərdən birinin hüquq fakültəsinə düzəldəcəyi adı ilə 11000 manat aldığını iddia edib.

Polis həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Rizvan Cəfərov - saxlanılan şəxs: "Tofiq Qasımov xahiş etdi ki, oğlunu Hüquq fakültəsinə düzəldim. 11 min aldım ki, düzəldim. Formanı da geyinmişdim ki, ədliyyə işçisi kimi məni tanısın. Ədliyyə işçisi deyiləm".

Qeyd edilən faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları Rizvan Cəfərovun analoji cinayətlərdə iştirakını istisna etmirlər. Onun dələduzluq və ya digər qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" xidməti-zəng mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə məlumat verə bilərlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.