Kriminal

Avtovağzalda qızıl satanı özünü şübhəli aparması ələ verdi

16 Dekabr 2017 13:36
0 Şərh     Baxış: 3 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lerik şəhər avtovağzalı ərazisində özünü şübhəli aparan şəxs ərazidə xidmət aparan Post-Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, onun səyyar şəkildə qızıl əşyalar satması şübhə doğurduğundan Lerik Rayon Polis Şöbəsinə dəvət edilib.

Araşdırmalarla onun Şinəband kənd sakini Pərviz Talıbov olması, satmaq istədiyi qızıl əşyalarının isə ailə üzvlərinə məxsus olması, onları gizlin götürərək satmaq istəməsi müəyyən edilib.

Qızıl-zinət əşyaları -  boyunbağı, qolbaq, üzük və digər bəzək əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır. 

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində      

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.