Kriminal

Rusiyada iş adamını oğurlamaqda ittiham olunan azərbaycanlı həbs edildi

15 Dekabr 2017 15:55
1 Şərh     Baxış: 1 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sankt-Peterburqda iş adamını oğurlayaraq, azad olunması üçün yarım milyon avro tələb edən şəxslər həbs olunub. Onların arasında Azərbaycan vətəndaşı da var.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, oktyabrın 29-da 3 saylı şəhər xəstəxanasına göz nahiyəsindən xəsarət alan 48 yaşlı şəxs gətirilib. Məlum olub ki, onu oğurlayıblar və başqa maşına zorla əyləşdirərək Leninqrad vilayətinə aparıblar. Orada onu döyüblər və həyat yoldaşından yarım milyon avro tələb ediblər.

Dünən polis əməkdaşları tərəfindən 31-47 yaş arası dörd nəfər şəxs saxlanılıb. Onların içərisində ən gənc olanı azərbaycanlıdır.

Saxlanılan şəxslər oktyabrın 27-də gecə saatlarında iş adamını "Volkswagen Multiven" markalı mikroavtobusa oturdaraq şəhərdən kənara - Volosovsk rayonunda yerləşən kəndə aparıblar. Biznesmeni orada döyüblər və arvadından külli miqdarda pul tələb ediblər. Pul veriləcəyi vəd olunduqdan sonra iş adamını buraxıblar.

Göründüyü kimi, adam oğruları pulu ala bilməyiblər və özləri həbs olunublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.