Kriminal

Röyanın şəriki azadlığa buraxıldı

15 Dekabr 2017 14:58
1 Şərh     Baxış: 6 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni, əməkdar artist Röya Ayxanın dələduzluqda təqsirləndirilən biznes ortağı Səbinə Hüseynovaya hökm oxunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə S.Hüseynovaya şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.

S.Hüseynova İlqar Babayevdən 86 min dollar alaraq dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. İstintaq dövründə həbs edilmədiyi üçün azadlıqda qalıb. Lakin məhkəmə proseslərinə gəlmədiyi üçün dekabrın 1-də barəsində həbs-qətimkan tədbiri seçilib və polis əməkdaşları tərəfindən həbs edilib. 

R.Ayxan bir neçə il bundan əvvəl dizayner S.Hüseynova ilə birgə moda evi açıb, biznes fəaliyyəti ilə məşğul olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.