Kriminal

Bakıda yeniyetməyə 3 bıçaq zərbəsi vurulub

11 Dekabr 2017 08:52
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yeniyetmə bıçaq xəsarəti alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Nizami rayonunda baş verib.

"8-ci kilometr bazarı"nın yaxınlığında yerləşən binanın həyətyanı sahəsində 2002-ci il təvəllüdlü Müslümzadə Polad Səbuhi oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Nəticədə onun bədəninə 3 bıçaq zərbəsi vurulub.

Yaralı xəstəxanya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.