Kriminal

Gürcüstanda cinayətkar qruplaşmanın üzvü olan iki Azərbaycan vətəndaşı saxlanıldı

2 Dekabr 2017 18:05
0 Şərh     Baxış: 1 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda Tercola bələdiyyəsinin Broliskedi kəndində cinayətkar qruplaşmanın iki üzvü saxlanılıb.

Milli.Az APA-ya istinadən məlumatına istinadən xəbər verir ki, həmin şəxslər 1988 və 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır.

İstintaqla müəyyən olunub ki, hər iki şəxsin olduğu beş nəfərlik qruplaşma dekabrın 1-də Tbilisidən Batumi istiqamətində maşınla gedən iki vətəndaşa odlu silahla hücum ediblər. 

Cinayətkar qruplaşmanın üzvləri vətəndaşlardan 140 min dollar, mobil telefonlar və şəxsi əşyaları hədə-qorxu gələrək alıblar. Hadisədən sonra cinayətkarlar hadisə yerindən qaçıblar.

Gürcüstan DİN soyğunçuları "isti izlər"lə tapıb. Polis onlardan oğurlanmış pulun bir hissəsini müsadirə edib. DİN cinayətkar qruplaşmanın bütün üzvlərinin şəxsiyyətini müəyyən edib. Qruplaşmanın üzvləri arasında 2 "qanuni oğru" olmaqla üç Gürcüstan vətəndaşı da var. DİN qruplaşmanın bütün üzvlərinin saxlanılması istiqamətində tədbirlər həyata keçirir.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.