Kriminal

Azərbaycanlı qızlar oğlanı meşəyə aparıb başına oyun açdılar - FOTO

24 Noyabr 2017 12:54
15 Şərh     Baxış: 18 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı qızlar türkiyəli qızlarla əlbir olub Ukraynada Türkiyə vətəndaşını vəhşicəsinə qətlə yetirib.

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i xəbər yayıb.

Qətlə yetirilən Sinan Ünalın anasının sözlərinə görə, oğlu Ukraynaya istirahət etmək üçün gedibmiş.

Ana Gülseli Ünal deyib ki, oğlu Talha adlı tələbənin evində qalıb.

"Noyabrın 15-dən gecə saatlarından oğlumla əlaqə kəsildi. Telefonlarına zəng çatmırdı", - deyə ana qeyd edib.

Polisin araşdırmaları zamanı məlum olub ki, Sinan Ünal aldadılaraq meşəyə aparılıb və orada yuxu dərmanı ilə yatızdırılıb. Bu hadisədə 2 azərbaycanlı, 3 türkiyəli qız iştirak edib.

Onların məqsədi S.Ünalı yatızdıraraq pullarını oğurlamaq olub. Lakin Ünal oyanıb. Bunu görən soyğunçular əllərində olan taxta parçaları ilə onun ayaqlarını sındırıblar.

Daha sonra Ünalın başına zərbələr endirərək qətlə yetiriblər.

Cinayətkarlar hədəfi yayındırmaq üçün hadisə yerinə satanistlərin işarələrini qoyublar. Lakin polisin uğurlu əməliyyatı nəticəsində qatillər həbs edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.