Kriminal

"Məndən soruşdu ki, sən Lotu Qulinin nəyisən?"

22 Noyabr 2017 15:17
0 Şərh     Baxış: 3 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə M.Namazov özü ifadə verib. O deyib ki, saxlanılmadan öncə aldadılaraq evdən çölə çıxarılıb: "Evinin qapısını bir eynəkli adamın döydü və məndən maşınımı çəkməyimi istədi. Uşağımla çölə çıxanda polislər əllərimi bağladı, sonra Nəsimi Rayon Polis İdarəsinə apardılar. Orada rəhbər şəxslərdən biri məndən soruşdu ki, "sən "Lotu Quli"nin nəyisən?". Mən də qohumum olduğunu dedim. Sonra stolun üzərinə vərəq qoyub dedilər onun haqda nə var danış. Mən dedim "Lotu Quli" 22 ildir həbsdədir, mən başqa heç nə bilmirəm. Sonra həmin şəxs narkotik gətirib məni onla ittiham edəcəyini dedi".

Proses noyabrın 29-da davam etdiriləcək.

M.Namazovun Ağstafa rayonun Sadıxlı kəndində yerləşən evindən silah patronları tapılıb. 

O, Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir. 

M.Namazov özünü təqsirli bilmədiyini deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.