Kriminal

Bakıda silah və narkotik alverçiləri tutuldular - FOTO

22 Noyabr 2017 10:49
0 Şərh     Baxış: 1 286
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda odlu silah və narkotik maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Xətai rayon sakini Zülfüqar Cəfərovda odlu silah-sursat olduğu barədə əməliyyat məlumatı daxil olub.        

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, şübhəli şəxs qismində saxlanılaraq  Baş İdarəyə gətirilib. Z.Cəfərovun üzərinə baxış zamanı ondan "Beretta" markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

Belə ki, paytaxt sakini Ziya Ağayev 1 kiloqram narkotik vasitə olan qurudulmuş marixuananı Nizami rayonu ərazisində 6000 manata satmaq istəyən zaman polislər tərəfindən tutulub.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.