Kriminal

Rusiyada azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanıldı

21 Noyabr 2017 13:43
0 Şərh     Baxış: 1 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Perm şəhərində azərbaycanlı tələbəni vəhşicəsinə döyən şəxslər saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Permdəki Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev məlumat verib. O, Azərbaycan vətəndaşı 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlunu vəhşicəsinə döyməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığını bildirib.

Diaspor rəhbəri azərbaycanlı gəncin döyülməsi faktı ilə bağlı cinayət işi açıldığını da söyləyib. Ç.İsayev E.Hüseynovun artıq üçüncü gündür ki reanimasiyada huşsuz vəziyyətdə olduğunu açıqlayıb: "Etibar çoxlu qan itirib. Hazırda onun qana ehtiyacı var. Artıq üçüncü gündür, huşsuz vəziyyətdə yatır. Diaspor olaraq əlimizdən gələni edirik. Bakıda yaşayan qohumları ilə əlaqə saxlamağa çalışırıq. Artıq yaxın qohumu bizimlə əlaqəyə çıxıb".
 
Qeyd edək ki, noyabrın 19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi Hüseyn Mustafayev naməluş şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.