Kriminal

“Pulumun getməsinə görə elə dedim” - Polisə yalan danışan şəxs saxlanıldı - VİDEO - FOTO

21 Noyabr 2017 13:32
0 Şərh     Baxış: 1 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayon sakini Ramil Atakişiyev polisə müraciət edərək bildirib ki, tanımadığı şəxs ona qarşı quldurluq edərək pulunu alıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, dərhal araşdırmalara başlayan hüquq mühafizə orqanı əməkdaşları Ramil Atakişiyevin yalnış məlumat verdiyini aşkar ediblər və o, saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə gətirilib.

Atakişiyevin sözlərinə inansaq, Şamaxinkadan Xırdalana gedərkən "Mercedes" markalı avtomobilin sürücüsünə maşın almaq adı ilə 408 manat verib, lakin sonradan həmin adamla əlaqə saxlaya bilməyəndə polisə yalnış məlumat vermək qərarına gəlib.

Ramil Atakişiyev - saxlanılan şəxs: "Polisə məlumat verdim ki, mənə bıçaq çıxarıb 408 manat alıblar. Pulumun getməsinə görə elə dedim ki, pulum bərpa olsun".

Faktla bağlı Rayon Polis İdarəsində açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Pulumun getməsinə görə elə dedim" - Polisə yalan danışan şəxs saxlanıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.