Kriminal

Bakıda sərxoş kişi parkomatı sındırdı: Hadisə anbaan kameraya belə düşdü - VİDEO

22 Oktyabr 2017 23:03
0 Şərh     Baxış: 2 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parkomatı yerindən tərpədərək aşırır. Sonra isə yerdən daş parçası götürərək onun üzərinə vurub sındırır.

Parkomat aparatını sındırmaqda isə bir məqsədi var, içərisindəki pulu oğurlamaq. Bundan ötrü də gah aparatın üzərində olan düymələri sıxır, gahda dağ parçası ilə onu sındırır. Bu azmış kimi parkomatı qaldıraraq ərazidə olan dəmir borunun üzərində çırpır.

Milli.Az bildirir ki, hadisə səhər saatlarında Yasamal rayonu Hüseyn Cavid prospektində baş verib. Belə ki, sərxoş olduğu güman edilən bir kişi ərazidə olan Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə məxsus parkomat aparatını sındıraraq yararsız hala salıb. Bütün olanlar isə yaxınlıqda yerləşən obyektlərdən birinin təhlükəsizlik kamerasına düşüb. Kadrdan da aydın olur ki, bu şəxs parkomatı sındırmaqda məqsədi içərisində olan pulu götürüb aradan çıxmaq olur. Ancaq çox keçmir ki, hadisə yerinə post patrul xidmətinin əməkdaşları gələrək onu həbs edirlər.

Hadisə yerinə baxış zamanı oradan parkomatın götürüldüyünün şahidi olduq. Faktla bağlı araşdırma aparılır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda sərxoş kişi parkomatı sındırdı: Hadisə anbaaan kameraya belə düşdü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.