Kriminal

Azərbaycanlı tələbəni yeyən ər-arvadın evindən GÖRÜNTÜLƏR - VİDEO

26 Sentyabr 2017 16:01
19 Şərh     Baxış: 43 482
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Krasnodar diyarında adamları qətlə yetirərək yeyən ərlə arvadın yaşadığı evin görüntüləri yayımlanıb.

Milli.Az apa.tv-yə istinadən xəbər verir ki, səliqəsiz vəziyyətdə olan mənzildə ilk gözə dəyən döşəməyə səpələnmiş müxtəlif kitablar, qutular və digər əşyalar olub.
 
Xatırladaq ki, bir neçə gün əvvəl Krasnodarda qətldə şübhəli bilinən yerli sakin - Dmitri Bakşeyev saxlanılıb. Araşdırmalar nəticəsində məlum olub ki, o, sentyabrın 8-də tanış olduğu qadınla mübahisə zamanı onu qətlə yetirib. Daha sonra isə qadını hissələrə bölərək selfi çəkdirib. Bundan bir neçə gün sonra isə həmin telefon yol tikintisində çalışan fəhlələr tərəfindən tapılaraq polisə təhvil verilib.
 
Sosial şəbəkələrdə yayımlanan bu fotolardan sonra izləyicilərin yazdığı rəylərdən məlum olub ki, uzun zamandır 30 krasnodarlı yoxa çıxıb.
 
Hazırda Dmitri Bakşeyevlə birgə onunla əlbir olduğu iddia edilən, tibb bacısı işləyən həyat yoldaşı da həbsdədir. Sonuncu qətlə yetirilən qadının kimliyi də məlumdur. O, Omutininsk qəsəbə sakinidir. Qadının yaxınları axtarılır.
 
Ərlə arvadın uzun zamandır insanları öldürərək yediyi iddia edilir. Bundan başqa, qətlə yetirilənlərin bölünmüş hissələrindən konservlər hazırlanıb, dondurulmuş vəziyyətə salınıb.
 
Mənzildən insan ətindən necə yemək hazırlanması barədə yazılan reseptlər də tapılıb.

Qətlə yetirilərək yeyilənlər sırasında isə bir azərbaycanlı gəncin də olduğu ehtimal edilir. Bir çox ehtimallara görə, azərbaycanlı gənc, 2014-cü ilin dekabr ayında itkin düşmüş, Fyodr Uşakov adına Hərbi Dənizçilik Akademiyasının 5-ci kurs müdavimi olmuş Arif Koroğluyevdir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Adamyeyən ər-arvadın evindən görüntülər yayıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.