Kriminal

Usta işlədiyi evi qarət etdi - VİDEO - FOTO

25 Sentyabr 2017 23:30
0 Şərh     Baxış: 1 183
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Usta işlədiyi evi qaynı ilə əlbir olub qarət edib. Milli.Az bildirir ki, hadisə Abşeron rayon Xırdalan şəhərində olub. Xatirə Cəfərova rayon polis idarəsinə məlumat verib ki, ''Kristal-Abşeron'' yaşayış Kompleksindəki evindən içində 500 manat, 200 dollar 2 min manat dəyərində bir cüt qızıl sırğa və sənədləri olan seyfi oğurlanıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis müəyyən edib ki, qarətçilər mənzilə açarseçmə üsulu ilə daxil olublar. Çox çəkməyib ki, polis şübhəli kimi əvvəllər Xatirə Cəfərovanın mənzilində usta kimi işləyən Toğrul Əmirəhmədov və onun qaynı İnam İsbatovu saxlayıb. Məlum olub ki, seyfi evdən Toğrul çıxarıb qaynının avtomobili ilə yaşadığı evin həyətinə aparıb. Daha sonra isə o İnam İsbatova əvvəllər işlədiyi evdən seyfi oğurlaması barədə məlumat verib.

Toğrul Əmirəhmədov seyfdən çıxan puldan qaynına cəmi 50 manat verib. Onlar izi itirmək məqsədi ilə oğurluq seyfi paytaxtın Sabunçu rayon Maştağa qəsəbəsinə apararaq orda kanala atıblar.

Polis elə saxlanılan şəxslərin iştrakı ilə həmin seyfi kanaldan çıxararaq cinayət işinə əlavə edib. Faktla bağlı qohumlar barəsində Abşeron rayon polisi idarəsində cinayət işi başlanıb, polis onların bənzər cinayətlərinin olmasını istisina etmir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Usta işlədiyi evi qarət etdi

"Dedi ki, işin üstü açılsa axırı pis olacaq" - Yeznə və qayın usta kimi getdikləri evi yardılar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.