Kriminal

"Ərimi otaq yoldaşları öldürüb" - Ukraynada ölən türk biznesmenin azərbaycanlı xanımı

25 Sentyabr 2017 11:52
0 Şərh     Baxış: 2 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Xarkov şəhərində bir neçə gün öncə dünyasını dəyişən 47 yaşlı türk iş adamı Hayrettin Gök dərman verilərək öldürülüb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bunu biznesmenin azərbaycanlı həyat yoldaşı Aytəkin Mustafayeva bildirib.

O, Ukrayna polisində izahat verərək ərinin cinayətə qurban getdiyini deyib. A.Mustafayeva qeyd edib ki, ərinə eyni evdə kirayə qalan otaq yoldaşları dərman veriblər: "Həmin dərmandan sonra həyat yoldaşım infarkt keçirib. Otaq yoldaşları onun cibindəki pulunu, telefonunu və digər dəyərli əşyalarını götürüblər. Mənim həyat yoldaşımı öldürüblər. O, mələk kimi insan idi. Heç kimi incitməzdi", - deyə qadın bildirib.

Sentyabrın 16-da dünyasını dəyişən iş adamı artıq öz ölkəsində dəfn edilib.

Xatırladaq ki, Hayrettin Gök Türkiyənin Kahramanmaraş bölgəsindən 14 il əvvəl işləmək üçün Azərbaycana gəlib və burada Aytəkin Mustafayeva ilə evlənib. Onların 1 uşaqları var.

O, tekstil biznesini genişləndirmək üçün Ukraynaya gedibmiş.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.