Kriminal

Bacısına mesaj yazdığına görə oğlanı öldürən şəxsin hökmündən protest verildi

23 Sentyabr 2017 10:50
6 Şərh     Baxış: 1 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda adam öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun barəsində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 28-nə təyin edilib.

İşə hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, daha əvvəl zərərçəkmiş tərəf apellyasiya şikayəti verib.

Qeyd edək ki, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib. M.Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. Daha sonra qısqanaraq Ə.Muxtarovla haqq-hesab çəkmək qərarına gəlib. O daha sonra başqa qız adı ilə profil açaraq bacısı ilə danışan şəxsə yazmağa başlayıb. Bir ay sürən danışıqlardan sonra nəhayət ki, onu görüşməyə razı sala bilib. "Memar Əcəmi" metrostansiyasının qarşısında baş tutan görüş zamanı tərəflər arasında mübahisə düşüb və M.Hüseynov Ə.Muxtarovu bıçaqlayaraq qətlə yetirib.

Onu da əlavə edək ki, M.Hüseynov Bakı Biznes Kooperasiya Kollecinin birinci kurs tələbəsi olub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.