Kriminal

"Qayıdanda gördük ki, pəncərə qırıqdı" - Toyda olan ailənin evindən 20 min oğurladılar - VİDEO - FOTO

22 Sentyabr 2017 13:45
0 Şərh     Baxış: 1 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda mənzildən qızıl oğurlanıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə İsmayıl Məmmədov 17, mənzil 4 ünvanında qeydə alınıb.

Ev sahibi Natiq Abdiyev ailə üzvləri ilə birlikdə toyda olan zaman naməlum şəxs və şəxslər içəriyə daxil olaraq, külli miqdarda qızıl-ziynət əşyalarını oğurlayıblar. Abdiyevə 20 min manat dəyərində ziyan dəyib.

Natiq Abdiyev: "6-da toya getmişik. Qayıdanda gördük ki, pəncərə qırıqdı. Baxdıq ki, bütün qapılar açıqdır, evi yarıblar".

Nizami Rayon 24-cü Polis Şöbəsinin əməkdaşları hadisə yerində lazımi ekspertizalar aparıblar və barmaq izləri götürüblər. Hadisəni törətmiş şəxslərin yaxalanması istiqamətində axtarışlar davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Qayıdanda gördük ki, pəncərə qırıqdı" - Toyda olan ailənin evindən 20 min oğurladılar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.