Kriminal

"Görmüşəm sahibi yoxdur, götürmüşəm" - Toylarda telefon oğurlayan şəxs - VİDEO - FOTO

22 Sentyabr 2017 12:42
1 Şərh     Baxış: 1 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda restoranlardan oğurluq edən şəxs saxlanılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində ictimai iaşə obyektləri, restoran və şadlıq evlərində keçirilən toy mərasimlərində qonaq kimi iştirak edən insanların mobil telefonlarını gizli yolla oğurlayaraq onlara ziyan vuran əvvəllər məhkum olunmuş Elman Ələkbərov saxlanılıb.

Müəyyən edilib ki, o, toy məclislərində 11 nəfərin mobil telefonunu dələduzluq yolu ilə ələ keçirib. Onlardan bir neçəsini şəhər ərazisində tanımadığı şəxslərə satıb. Digər mobil telefonlar isə saxlanılan şəxsin yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb. Telefon oğrusunun əməlləri şadlıq saraylarının müşahidə kameralarında da yaddaşa yazılıb.

Elman Ələkbərov - Saxlanılan şəxs: "Şadlıq sarayı, istirahət mərkəzlərindən telefon götürmüşəm. Dənizə çimməyə girmişəm, görmüşəm ki, telefonun sahibi yoxdu, götürmüşəm. Birini 50 manata, birini də 70 manata Sumqayıtda tanımadığım şəxsə satdım".

Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Görmüşəm sahibi yoxdur, götürmüşəm" - Toylarda telefon oğurlayan şəxs

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.