Kriminal

Moskvada azərbaycanlı qətlə yetirildi - Ürəyindən vurdular - VİDEO - FOTO

20 Sentyabr 2017 14:08
0 Şərh     Baxış: 5 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada azərbaycanlı qətlə yetirilib.

Hadisə dünən Moskva şəhərindəki ''Sodovod'' bazarında, ''Uzbekskaya kuxnya'' restoranında törədilib.

Milli.Az xəbər verir ki, həmyerlilərimizin criminal.az saytına verdiyi məlumata görə, öldürlən şəxs əslən Şamaxıdan olan gəncdir. 

Restoranda yeyib-içən tanışlar arasında dava düşüb. Qətlə yetirlən şəxs dava edənləri sakitləşdirmək istəyərkən bıçaqla ürəyindən iki zərbə alıb. O, hadisə yerində keçinib. 

Cinayəti törədən şəxslər ''Priora'' markalı avtomobillə qaçıblar. Qatil gedərkən cinayətdə istifadə etdiyi bıçağı restoranın qarşısındakı kanalizasiya quyusuna atıb. 

Hadisə yerində hüquq-mühafizə orqanı əməkdaşları araşdırma aparır. Bütün ''Priora'' markalı avtomobillər saxlanılaraq yoxlanır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Moskvada azərbaycanlı öldürüldü - Ürəyindən vurdular

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.