Kriminal

Bakıda orta yaşlı kişi iki nəfər tərəfindən bıçaqlanıb

20 Sentyabr 2017 08:39
0 Şərh     Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Nərimanov rayonunda orta yaşlı kişi bıçaqlanıb.

Milli.Az report.az-a istinadən bildirir ki, 3-cü mikrorayon bazarının yaxınlığında 1983-cü il təvəllüdlü Əzizov Elvin Arzu oğlu iki nəfərlə (ad soyadları açıqlanmır) əlbəyaxa dava edib.

Nəticədə o iki nəfərin bıçaqla hücumuna məruz qalıb. E.Əzizovun döş qəfəsi və kürək nahiyəsinə iki bıçaq zərbəsi vurulub. Yaralının vəziyyəti ağırlaşıb. O, taksi sürücüsünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis bölməsinə məlumat verilib. Hadisəni törədən şəxslərdən biri saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.