Kriminal

"Dedi boş evlər var, qoşuldum getdim" - Oğru dostlar saxlanıldılar - VİDEO - FOTO

19 Sentyabr 2017 12:55
0 Şərh     Baxış: 1 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən evlərdən birindən dəyəri 12 min manat olan qızıl-zinət və məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Allahverdi ƏləkbərzadəKamil Qaraxanov tutulublar.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri nəticəsində onların Ramana qəsəbəsi və Şuşa şəhərciyində yerləşən daha 3 fərdi yaşayış evindən oğurluq etdikləri məlum olub.

Oğurladıqları qızıl-zinət əşyalarını metronun "Gənclik" və "Neftçilər" metro stansiyalarının yaxınlığında yerləşən qızıl qəbulu məntəqələrinə 4500 manata satıblar.

Allahverdi Ələkbərzadə (saxlanılan şəxs): "Kamillə məhlədə gördük tanış olduq. Dedi ki, boş evlər var girək qızıl götürək. Qoşuldum getdim. Pəncərəni qırırdı, mən çöldə dururdum. Birindən qızıl, birindən televizor, o birindən kompüter çıxdı".

Kamil Qaraxanov (saxlanılan şəxs): "Təklif eləmişəm ki, gedək oğurluq edək. Getmişik evin içinə, "raşotka"nı qırmışıq, evə daxil olub qızıl, pul və s götürmüşük. Aparıb satıb pulu bölmüşük. Ümumi 4 evə girmişik, birindən heç nə çıxmayıb".

Faktla bağlı zəruri istintaq hərəkətləri, eləcə də təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.