Kriminal

83 yaşlı kişi oğlu tərəfindən döyülüb

18 Sentyabr 2017 23:42
4 Şərh     Baxış: 1 233
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə 83 yaşlı kişi oğlu tərəfindən döyülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sentyabrın 18-i axşam saat 20 radələrində rayonun Sarıca kənd sakinləri 1934-cü il təvəllüdlü Hidayət Mürsəl oğlu Musayev və oğlu Ruslan Musayev döyülmə xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan verilən məlumata görə, müayinə zamanı məlum olub ki, 83 yaşlı Hidayət Musayevin Elman adlı oğlu atasını və qardaşı Ruslanı döyərək onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Reanimasiya şöbəsinə yerləşdirilən Hidayət Musayevə qapalı kəllə-beyin travması qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Ruslanın xəsarəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıb.
 
Şəki Şəhər-rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.