Kriminal

Piyadanı vurub qaçan sürücü saxlanılıb - YENİLƏNİB - VİDEO - FOTO

13 Sentyabr 2017 23:21
0 Şərh     Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:21

İmişlidə piyadanı vurub qaçan sürücü saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Məzrəli kənd sakini Bağırov Nəcməddin Həsən oğlunu vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "VAZ 21011" markalı avtomobilin sürücüsü - İmişli rayon sakini Əbülfəz Rüstəmov saxlanılıb.
 
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
 
--------- 
22:50
 
İmişlidə avtomobil piyadanı vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Naməlum avtomobil kənd sakini, 1987-ci il təvəllüdlü Bağırov Nəcməddin Həsən oğlunu vuraraq hadisə yerindən qaçıb.
 
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Hazırda yol-nəqliyyat qəzasını törədən sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Piyadanı vurub qaçan sürücü saxlanılıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.