Kriminal

"MasterCard" müştəriləri haker hücumuna məruz qalıblar

6 Sentyabr 2017 16:11
0 Şərh     Baxış: 2 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"MasterCard" ödəniş sisteminin müştəriləri haker hücumuna məruz qalıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ESET antivirus şirkəti bəyan edib. 

Məlumata əsasən, kibercinayətkarlar "MasterCard"ın müştərilərinə elektron məktub ünvanlayaraq hesabın bloklandığını bəyan edir. Məhdudiyyəti aradan qaldırmaq üçün müştəriyə müvafiq link üzrə keçid etmək təklif olunur.

Link vasitəsilə müştəri fişinq sayta daxil olur. Burada isə kibercinayətkarlar öz qurbanlarına şəxsi məlumatlarının, o cümlədən bank hesabının yenilənməsini təklif edir. Beləliklə, bütün məxfi məlumatlar hakerlərin əlinə keçir.

ESET rəsmiləri artıq bununla bağlı müvafiq qurum və təşkilatları məlumatlandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.