Kriminal

Dayısının evindən və mağazadan oğurluq edən şəxs saxlanılıb - VİDEO - FOTO

23 Avqust 2017 20:50
0 Şərh     Baxış: 1 313
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində evlərdən və dükanlardan oğurluq edən şəxs saxlanılıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, daha sonra məlum olub ki, rayon sakini Fərid Əlizadə müxtəlif vaxtlarda rayonun Nəsimikənd kəndində dayısı Bilal Əhmədovun evindən dəyəri 400 manat olan televizor, eləcə də rayon sakini Yeganə Cəfərzadəyə məxsus qızıl-zinət əşyaları satılan dükandan ümumi dəyəri 4000 manata yaxın gümüş əşyaları oğurlayıb.

Saxlanılan şəxs polisə verdiyi ilkin ifadəsində törətdiyi əməli etiraf edərək oğurladığı əşyaları ucuz qiymətə satdığını bildirib. Aparılan axtarışlar nəticəsində gümüş zinət əşyalarının Bakı şəhərindəki gümüş mağazalarından birinə satıldığı məlum olub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dayısının evindən və mağazadan oğurluq edən şəxs saxlanılıb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.