Kriminal

Şəkidə güllələnən şəxsin görüntüləri - VİDEO - FOTO

23 Avqust 2017 17:15
0 Şərh     Baxış: 1 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə bir nəfər naməlum şəxs tərəfindən güllələnib.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, rayonun Baş Kəldək kənd sakini, 31 yaşlı Səməd Əsgərov ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb.

Bədənin müxtəlif nahiyələrində çoxsaylı qırma yaraları ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılan xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Səməd Əsgərov ilkin ifadəsində bildirib ki, yaşadığı kəndin inzibati ərazisinin yaxınlığındakı meşə zolağında odun hazırlayan zaman naməlum şəxs tərəfindən ona atəş açılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəkidə güllələnən şəxsin görüntüləri

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.