Kriminal

7 nəfəri bıçaqlamış Artur Hacıyev kollecdən də qovulubmuş - VİDEO

23 Avqust 2017 14:54
0 Şərh     Baxış: 2 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə Rusiyanın Surqut şəhərində 7 nəfəri bıçaqladıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülmüş Artur Hacıyev barədə yeni faktlar məlum olub.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, istintaq orqanlarının sorğusuna verilən cavaba görə, Dağıstan mənşəli gənc 2015-ci ildə inşaatçı ixtisasına yiyələnmək üçün Surqut Politexnik Kollecinə daxil olub. Kollecdə oxuduğu il yarım ərzində Artur 25 dəfə inzibati cəza alıb. Onlardan birini yeniyetməyə dava saldığına görə veriblər.

Mənbə bildirir ki, müəllimlərinin fikrincə, Aertur Hacıyev ona hər şeyə icazə verildiyini düşünürmüş. Anası və ögey atası isə kollecdən edilən xəbərdarlıqlara məhəl qoymayıblar.

Xatırladaq ki, Surqutda baş verən hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürmüşdü.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

7 nəfəri bıçaqlamış Artur Hacıyev kollecdən də qovulubmuş

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.