Kriminal

Bakıda üç qardaş salam vermədiklərinə görə bıçaqlanıb

23 Avqust 2017 08:22
0 Şərh     Baxış: 3 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda üç qardaş salam vermədiklərinə görə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Savalan qəsəbəsində küçədə orta yaşlı kişi (hələlik adı açıqlanmır) 1980-ci il təvəllüdlü İbrahimov Ruslan Rüstəm oğlu ilə ona salam vermədiyinə görə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Nəticədə R.İbrahimov ürək nahiyəsindən bıçaqlanıb.

Qardaşının bıçaqlandığını görən 1978-ci il təvəllüdlü İbrahimov Ramin Rüstəm oğlu və 1999-cu il təvəllüdlü İbrahimov Rəhman Rüstəm oğlu hadisəni törədən şəxslə əlbəyaxa dava ediblər. Dava zamanı həmin şəxslər də bıçaqlanıb.

Bıçaqlananların üçü də xəstəxanaya yerləşdirilib. Onlardan Ruslan İbrahimovun və Ramin İbrahimovun vəziyyəti olduqca ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Hadisəni törədən şəxs axtarışdadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.