Kriminal

Dünya çempionunu döyərək öldürən azərbaycanlı federal axtarışa verildi

22 Avqust 2017 14:25
4 Şərh     Baxış: 2 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada pauerlifting üzrə dünya çempionu Andret Draçevi döyərək öldürən azərbaycanlı federal axtarışa verilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, əməliyyatçılar tərəfindən həmin şəxsin evində və bir sıra yerlərdə axtarış aparılıb: "Federal axtarışa verilmiş şəxsin tutulması ilə bağlı genişmiqyaslı operativ-axtarış tədbirləri həyata keçirilir".
 
Faktla bağlı "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlayıb.
 
Xatırladaq ki, qətli törədən şəxsin döyüş ustası Anar Allahverənov adlı azərbaycanlı olduğu bildirilir. Məlumata görə, dünya çempionu onu "çuşka" adlandırıb, bundan sonra tərəflər arasında mübahisə və əlbəyaxa dava baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.