Kriminal

Azərbaycanlılarla taciklər arasında qanlı dava: onlarla yaralı var - YENİLƏNİB

18 Avqust 2017 17:20
0 Şərh     Baxış: 3 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:20

Dünən Rusiyanın Nijni Novqorod şəhərində bazarda azərbaycanlılarla Mərkəzi Asiyadan gəlmiş miqrantlar arasında davanın baş verməsi barədə yazmışdıq.

"Kommersant" qəzeti hadisənin təfərrüatlarını dərc edib.

Virtualaz.org mənbəyə istinadən xəbər verir ki, "Kuzbasski" bazarında alver edən azərbaycanlılardan birinin piştaxtasının qarşısında Özbəkistan vətəndaşı olan şəxs avtomobilini saxlayıb. Azərbaycanlı ondan maşınını götürməsini tələb edib. Mübahisə başlayandan sonra bazarda olan azərbaycanlılar özbəyi döyərək oradan uzaqlaşdırıblar. Bildirildiyinə görə, özbək üzünü azərbaycanlıya tutaraq "azərbaycanlıların arasında kişi yoxdur" ifadəsini işlədib və buna görə də, döyülüb.

Bir müddət sonra döyülən özbək bir dəstə Tacikistan mənşəli miqrantla bazara qayıdıb. Onlar armatur və digər küt alətlərlə silahlanıbmışlar. Baş vermiş kütləvi davada 150-200 nəfərin iştirak etdiyi bildirilir.

Maraqlıdır ki, hadisə yerinə polis və xüsusi təyinatlılar gəldiyi vaxt dava edənlər dağılışıb və alverlərinə davam ediblər. Heç kim saxlanılmayıb.

Mənbə əlavə edir ki, ertəsi gün bazar bağlanıb və polis burada kütləvi yoxlama işləri aparır.

-----------

15:15

Rusiyanın Nijni Novqorod şəhərində azərbaycanlılarla taciklər arasında dava düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Kanavinsk rayonunda yerləşən bazarda baş verib.

Məlumata görə, davada hər iki tərəfdən 200-dən çox şəxs iştirak edib. 30-dan çox şəxs bıçaq zərbəsi alıb, xəstəxanaya yerləşdirilib. 20 nəfər isə saxlanılaraq polisə aparılıb. Yerli polis hazırda bazarı bağlayıb, ora heç kim buraxılmır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.