Kriminal

Bakıda toy mərasimində qohumlar arasında dava olub: xəsarət alan var

18 Avqust 2017 08:42
5 Şərh     Baxış: 3 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda toy mərasimində dava olub.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Qaradağ rayonundakı şadlıq saraylarından birində baş verib.

Belə ki, mərasim zamanı Sarıyev Qabil Ağakərim oğlu keçmiş qaynı və xalası oğlu Paşayev Elnur Rasim oğlu tərəfindən döyülüb. Nəticədə o, ağır kəllə-beyin xəsarəti alıb.
Hadisə yerinə çağırılan təcili yardım maşını Q.Sarıyevi 1 saylı Şəhər Kliniki Tibbi Mərkəzə çatdırıb və o, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törətmiş E.Paşayev isə qaçıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.