Kriminal

Həyətindən 3,2 kiloqram marixuana götürülüb

18 Avqust 2017 08:33
0 Şərh     Baxış: 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabad sakinindən 30 ədəd çətənə kolu və 3,2 kiloqram marixuana götürülüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qaratəpə kənd sakini, 1988-ci il təvəllüdlü Ramil Rahid oğlu Əhmədovdan üzərindən 0,1 qram heroin götürülüb. Onun həyətinə baxış keçirilən zaman oradan aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 23 ədəd, evindən 7 ədəd narkotik vasitə olan çətənə kolu və 3,2 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.