Kriminal

Göygöldə qız sevgilisinə görə atasını bıçaqladı - VİDEO

17 Avqust 2017 18:42
28 Şərh     Baxış: 4 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göygöl rayonunda 25 yaşlı qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqlayıb.

Milli.Az xəbər verir ki, report-un məlumatına görə, hadisə rayonun Çaykənd kəndində baş verib.

Belə ki, həmin kəndin sakini 1969-cu il təvəllüdlü Budaq Vəli oğlu Abdullayev traktorçu işləmək üçün Şəmkir rayonuna gedib.

Atasının evdə olmamasından istifadə edən 25 yaşlı Qızbəsti Abdullayeva isə sevgilisini yaşadığı evə gətirib. Lakin traktorda nasazlıq olduğu üçün qızın atası evə tez qayıdıb və qızını yataq otağında sevgilisi ilə birlikdə görüb. Bu zaman ata və qızı arasında mübahisə yaranıb. Mübahisə zəmnində Q.Abdullayeva sevgilisi ilə birlikdə atasını döyüb. Sonra o mətbəx bıçağı ilə atasına çoxsaylı zərbələr endirib və sevgilisi ilə birlikdə hadisə yerindən qaçıb.

Çoxlu qan itirən B.Abdullayev qonşuların köməkliyi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağırlaşdığı üçün Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Hazırda əməliyyat olunan yaralının vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən şəxs isə Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Göygöldə qız sevgilisinə görə atasını bıçaqladı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.