Kriminal

Bazarda kütləvi dava: azərbaycanlılar küçəyə çıxıb yolu bağladı

17 Avqust 2017 16:00
0 Şərh     Baxış: 3 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Nijni Novqorod şəhərində yerləşən meyvə-tərəvəz bazarında avqustun 16-da baş vermiş kütləvi əlbəyaxa davaya görə azərbaycanlılar yolu bağlayıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, dava azərbaycanlılarla Orta Asiya respublikalarından olanlar arasında olub. Hər iki tərəfdən davada onlarla bazar alverçisi iştirak ediblər. Xəsarət alanlar var.

Davaya OMON müdaxilə edib, onlarla adam saxlanılıb. 20-dən çox dava iştirakçısı hələ də polisdədir.

Xəbər verilir ki, azərbaycanlılar küçəyə çıxaraq yolu bağlayıb və Orta Asiyadan olanların bazardan çıxarılmasını tələb edib. OMON onlara müdaxilə edərək yolu açıb.

Bazar isə hazırda bağlıdır. Kütləvi davanın səbəbi haqda məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.