Kriminal

Naməlum sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb

16 Avqust 2017 22:57
0 Şərh     Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda 48 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə rayonun dağətəyi kəndi Siyobilidə baş verib.

Belə ki, Siyobili sakini Haşımov Nurxan Məmməd oğlu kənddəki körpünün yaxınlığında naməlum avtomaşın tərəfindən vurulub. Nəticədə o, xəsarət alıb.

Hadisə yerinə çağırılan təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri ilkin müdaxilədən sonra yaralını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıb. Yol polisi əməkdaşları hadisə yerində olub.

Hazırda sürücünün tapılması ilə bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.