Kriminal

Moskvadan Lənkərana 65 min dollar gətirmək istəyən sərnişin tutuldu

26 İyul 2017 17:45
0 Şərh     Baxış: 2 083
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva-Lənkəran aviareysi ilə Azərbaycana gəlmək istəyən Rusiya vətəndaşı gömrük yoxlanışı zamanı saxlanılıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya vətəndaşı sərhəddən külli miqdarda pulu qanunsuz keçirmək istəyibmiş.

"Vətəndaşın əl baqajının yoxlanması zamanı gömrük əməkdaşları 65 min dollar və 220 min rubl məbləğində pul aşkarlayıblar", - məlumatda bildirilir.

Mənbə qeyd edir ki, gömrük qanunvericiliynə görə, 10 min ABŞ dollarından artıq nəqd pul sərhəddən keçirilən zaman onunla bağlı bəyannamə yazılmalıdır.

"Domodedovo" Gömrük İdarəsi tərəfindən 2017-ci ilin ilk 6 ayı ərzində aşkarlanan administrativ qanun pozuntularına görə 1108 cinayət işi açılıb. Bu müddət ərzində qaçaqmalçılıq yolu ilə nəqd pulların keçirilməsilə bağlı 11 qanun pozuntusu qeydə alınıb və 27 milyon rubldan artıq pul müsadirə edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.